Dj AnTi-C(Project)

Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkillər yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb.
Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir. Belə ki, Ermənistanın Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinin müraciətlərinə cavab olaraq həlak olmuş əsgərin meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olmadığını bildirmişdi.
Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Şəki
Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində ( Bakıdan 370 km şimal-qərbdə ) yaranmışdır. Minnillik tarixi boyunca şəhər dəfələrlə boşalmaya(dağılmaya) məruz qalmış, bunun bariz nəticəsi olaraq dövrümüzə qəlib çıxmış tarixi və arxitektura abidələrinin üzərində guya onların 16-19 cu əsrlərə aid olduğu yazılmışdır. Dövrünün ən gözəl incilərindən olan, bütün Şəkililərin onunla fəxr etdiyi Şəki Xan Sarayı 1762 ci ildə tikilmiş və onun inşasında birdənə də mıxdan istifadə edilməmişdi. Əsrlər boyu Şəki baramaçılıq, malqaraçılıq, tütün, meyvə, tərəvəz, buğda sahələrinin yetişdirilib, becərilməsinin əsas mərkəzlərindən biri olmasıyla tanınmışdır. Marxal istirahət guşəsi Azərbaycanın mənzərəli məkanlarından biridir. Tarix muzeyi, bacarıqlı ustaları sənət əsərləri ilə dolu olan Sənət evi, orta əsrlərə aid Karvansarayın (artıq bir neçə ildi ki bərpa edilib və mehmanxana kimi istifadə edilir) yalnız kiçik bir qismi turistlər üçün maraqlı olacaq bi şəklini qoruyub saxlamışdır. Şəkili zərgər, dulusçu, nəqqaş, şirniyyatı nəinki Azərbaycan həmçinin Xaricdə də məşhurdur.
Yaşayış məskınin əsl tarixçəsi ta qədimlərə – qədim bürünc dövrünə təsadüf edir. 7-ci əsrdə Şəki Ərəblər tərəfindən işğal edildikdən sonra Əmirliyin tərkibinə daxil edilmişdi. 9-cu əsrdə Ərəb dövlətinin zəifləməsindən istifadə edərək Alban xanlığı Xristian dövlətini yaratdı. Daha sonralar Şəki Şirvanşahlar, Mongol Tamerlan və Səfəvilər tərəfindən tutulmuşdu. 18 ci əsrdə Şəki eyni adlı xanlığın paytaxtı idi. 1805 ci ildə Ruslar tərəfindən tutulmuş, Rus inqilabından sonra Qırmızı ordu 1920 ci ildə Şəkini tutmuşdu.
Kiş çayının sol sahilində yerləşən Şəki şəhəri 1772 ci ildə baş verən palçıq vulkanından soonra yerini dəyişərək indiki yerləşdiyi ərazidə yerləşir. Nuxa kəndinin yaxınlığında yerləşən Şəki şəhəri uzun müddət yəni 1960 cı illərə qədər Nuxa kimi adlandırılmış yalnız 1960 dan sonra öz əvvəlki adını bərpa edərək Sak tayfalarının adıyla bağlı Şəki adını yenidən özünə qaytarmışdır.
Şəki uzun müddət ipək mərkəzi kimi tanınmış, ipək yolunun üstündə yerləşməsi isə ona diqqətin artmasına səbəb olmuşdur. Şəki hələ də ipək istehsal edən böyük zavoda sahibdir. Bu zavod keçmiş sovet İttifaqının ən böyük ipək istehsalçısı olmuşdur(təbii olaraq bu zavod Leninin adını daşıyırdı…). Ən yaxşı vaxtlarında zavod 7000 insanı işlə təmin etmişdir(o dövrdə əhalinin sayı 100.000 idi). Bu gün ipək sənayesi kiçik özəl sexlər vasitəsilə hələ də fəaliyyət göstərir. Kənd təsərrüfatı faktoru (tütün,üzüm, taxıl, fındıq, malqara və süd məmulatlları ) da vacib amillərdən biridir.
Şəki həmçinin 18 ci əsrə aid Xanın Yay Sarayı ilə məşhurdur. İki mərtəbəli bu bina müxtəlif freskalarla (birinin uzunluğu 25m) bəzədilmiş və şəbəkəylə
( incə boyalarla şüşə işləmə) işlənmişdir (şəhərin şimal tərəfi). Bundan başqa saray qalaya baxır ki bu da onu cəlbedici edən amillərdən biridir. Qalanın iki qapısı, şimal və cənub tərəflərində mühafizə üçün nəzərdə tutulmuş bürcləri və 1960 cı illərdə bərpa edilməsini nəzərə alarsaq, bu qala Azərbayvcandakı qalaların arasında ən yaxşı vəziyyətdə qalanlardan biridir. Qala divarlarının arxasında iki muzey yerləşir. Böyüyü müxtəlif dövrlərə aid tarixi qalıntılarla zəngin olan (bura ticarət və ipək istehsalının qalıntıları da daxildir) Şəki Tarix Muzeyidir. Digəri 19 cu əsrə aid kilsə olub hal hazırda İncəsənət Muzeyi kimi fəaliyyət göstərir.
Şəkiyə yolunuz düşsə hamam və burda yerləşən 3 məscidi xüsusilə Cümə və Gileyli məscidlərini mütləq ziyarət edin. Əlbətdəki yenidən bərpa edilmiş Gürcəçayın sağ sahilində yerləşən Yuxarı Karvansarayı -əsas mehmanxananı qeyd etməmək mümkün deyil. Aşağı karvansaray qonşuluqda yerləşib, hal hazırda anbar kimi istifadə edilir.
Mərkəzin Sovet dövründən qalmış iki qüllə ilə zəbt edildiyini nəzərə almasaq, hər yerdə qırmı sifalla örtülmüş ev damlarını müşahidə edə biləcəksiniz. Əyləncə üçün sizə Azadlıq küçəsində yerləşən Dövlət Dram Teatrını ziyarət etməyinizi məsləhət görərdik.
Acısanız yaxınlıqdakı şirniyyat dükanlardan birinə girərək bütün ölkədə məşhur olmuş Şəki halvasının dadına baxın. Bu şirniyyat dükanı Gürcəçayın mənsəbinin yaxınlığında yerləşir.
Əgər bir az da vaxtınız qalsa mütləq Gələrsən Görərsən qalasını, Şəkidən şimalda Orta Zeyzit və Kiş kəndlərində yerləşən 7 ci əsrə aid Alban kilsələrini ziyarət etməyi yaddan çıxartmayın.
Şəkiyə bir çox yerlərdən qatarlar gəlir, həmçinin ölkənin digər şəhərlərinə getmək üçün şəhərin cənubunda yerləşən Avtovağzaldan istifadə edə bilərsiniz.
(Bakıdan 380 km şimal-qərbdə )
Şəki rayonu
Ərazisi: 2433 km2
Əhalisi (01 oktyabr 2004-cü il tarixə); 164 100 nəfər
Ondan;
Şəhər əhalisi: 64 000 nəfər
Kənd əhalisi: 100 100 nəfər
Əhalinin sıxliği (1 km2-ə): 68 nəfər
Bakıdan rayon mərkəzinədək məsafə: 370 km
Şəki şəhərindən ən yaxın dəmiryol stansiyasınadək məsafə: 15 km
Yaşayış məntəqələrinin sayı: 72
Ondan:
Şəhər: 1
Şəhər tipli qəsəbə: 1
Kənd və qəsəbə: 70
Nəqliyyat vasitəsinin kodu: 55
Şəhərlərarası telefon kodu: 177
Poçt Kodu (Mərkəzi PÇ): AZ5500
QaraQan A kitabi
Dünyaya uşaq gətirmənin üç mənası var.
Birincisi uşaq istəmə hissi ilə bağlıdır.
İkincisi ictimai fikirlə.
Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?
O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağa desin – sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontakt imzalamamişam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.
Bütün valideynlər deyir – Sən bizə borclusan. Sən bizi saxlamalisan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir?
Yadınıza salin köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır – at silahını yerə. Cinayətkarsa deyir – sən at silahını yerə… Biz sənin sevgilini oğramışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə özünüz deyin. Yox gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu daha da çətinləşir.
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkarlar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər – Sənə nəsə olsa biz ölərik.
Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanımızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, səm bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma,sənin də uşaqların olacaq,sən də onların həyatını quracaqsa.Onları idarı edəcəksən .Bax onda da sən yaşayacaqsan.Çünkü bizi də valideynlərimiz istədiyimiz kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayacayıq. Çünkü öz həyatımızın yaxşı illəri keçib.
Məni dəvalieyinlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.
Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə FİRONA borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür.Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində geşəngcə batırır da Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəziə yerdəki peyinə baxıb sevinir ki, buda müqəddəs allahın hədiyəsidir. Daha bilmirəm yeyir onu ya yox,amma yüz faiz sevinir.Ya milətçilər,əskərlər,onlar vətənə borcludurlar.Ona görə ölməyə hazırdırlar.Ona görə də özləri uzaq dağların başında hansısa siyasi maraqlara görə qanlarınıtökəndə arvadları qonşuluqdakı kişilərlə yatır.Vətəndaşlar dövlətə borcludurlar.Ona görə hər dəfə vergi verməlidirlər.Hətda öz evinin damında günəş batareyası qoyub elektiriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar.Çünkü sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlmişik? Amma izahlı lüğətdə BORC sözü belə izah olunur. “Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən mal”. İndi gəlin baxaq-biz doğulanda kimdənsə kimdənsə xaiş etmişik? Mənim yadımda gəlmir. Yox.Elə bir şey olmayıb.Qaytarılması danışılmayan bir şey isə hədiyyədir.Hədiyyə bizə məxsusdur
Yoxsa biz doğulanda demişik ki,bizi saxlayın,bizdə sizə borcumuzu qaytaracayıq? Bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik. Təsəvvür edin ki, sizə kimsə hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsınız? Mən deyərəm ki, gicdi yəqin.
İndi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.
Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdur. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var- “verməzdilər, xahiş etməmişdim”.
Bu mövzunu çox çürütmək istəmirəm onsuzda hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risk edib daha çox şey qazana bilərdim.
QaraQan
Bu şəhərdə çox az adam var ki, onunla söhbətdən, ünsiyyətdən yorulmursan, yoxluğunda darıxırsan. Elxan hərbi xidmətdə olanda evə dönmək üçün necə gün sayırdısa, mən də eyni həsrətlə onun geri dönəcəyi və bizim şəhərdə qaraladığımız hansısa sakit kafedə onunla uzun-uzun söhbətləşəcəyimiz günü gözləyirdim. Sayılı günlər, axır ki, keçdi və həmin o gün gəldi…
…“Park Bulvar”dakı Çin restoranında əyləşib ilan balığı və gürzə əti sifariş verdik. Sizin artıq oxumağa başladığınız bu söhbəti sabah harda, saat neçədə edəcəyəmizi danışmağa, eyni zamanda Çin mətbəxinin qeyri-adi təamlarını maraqla, həm də qorxa-qorxa dadmağa başladıq. Özümüzü elə aparırdıq ki, guya Çin restoranında tez-tez oluruq və bu mətbəxə çox yaxşı bələdik. Deyəsən, elə qonşu masalarda olan adamların hamısı bizimlə eyni vəziyyətdəydi. Həmin gün yox, səhəri gün baş tutan söhbətimizin səs yazısını dinləyəndə birdən ağlıma gəldi ki, diktofona yazmasaq da, əslində söhbətimiz elə Çin restoranında hesab verəndən başlayıb.
Doymasan da, boş yerə filan qədər pul verdiyini düşünsən də, sənə yad görünən görüntünün altındakı cəlbedicilik səni özündən asılı olmadan ora çəkir. Kitablar bir az Çin restoranına bənzəməlidir. Ən azı ekzotikliyinə aldanmalısan.
Səhəri gün vədələşdiyimiz kafedə görüşdük. Sifarişimizi verəndən sonra söhbətləşməyə başladıq. Hazır olun, 3,2,1… Başladıq!
Əsgər yaddaşındakılar…
Qaraqan: – Hardan başlayaq ?
Qismət: – Başlayaq gəldiyin yerdən. Hərbi hissəyə düşməyindən, adaptasiya prosesindən ?
Qaraqan : – Hə, olar. Deməli belə. Naxçıvanda xidmət elədim. Yola düşəndə mənə qəribə gəlirdi. Təyyarəylə yayı isti, qışı soyuq bir yerə hərbi xidmətə gedirdim. Fikirləşirdim ki, orada Bakıdan gələn uşağa münasibət birmənalı olmaya bilər.
Qismət : – Həm də sən populyarsan axı. Bu da narahatçılıq yarada bilər.
Qaraqan: – Hə, bunu da düşünürdüm. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, bir az tanınmağımın da narahatçılığı vardı. Çünki yazdıqlarımda hamıya toxuna biləcək şeylər var. Fikirləşirdim ki, yazdıqlarımı oxuyub bəyənməyənlərin neqativ reaksiyası qarşıma çıxa bilər. Amma hər şey əksinə, pozitiv oldu. Görüş saatlarında yanıma gələnlər olurdu. Bağlama gətirirdilər, məktub yazırdılar.
Qismət: – Əsgərlikdə adətən kimsə bloknotuna rəsm çəkir, kimsə təsbeh düzəldir, kimsə taxtadan nəsə yonur. Səndə oldu belə şeylər?
Qaraqan: – Yox, olmadı. Mən, bunun yerinə, deyə bilərəm ki, çoxlu insan tanıdım, çoxlu talelər gördüm. Hər yeni insan yeni bir kitabdır. Bu mənada mən əsgərlikdə çoxlu kitab oxudum. Bir də onu deyə bilərəm ki, yeni insanlar tanımaq, onlarla ünsiyyətdə olmaq gələcəkdə yazacaqlarım üçün xeyirlidir. Xidmətdə həm də fiziki parametrlərim möhkəmləndi, rəndələndim. Sonra ordunun nə demək olduğunu anladım. Obrazlı belə deyim ki, elə bil böyük bir imarət var. Sən onun içində yaşayırsan. Deyirlər ki, narahat olma, gözətçilər imarəti qoruyur. Sən öz gözünlə onları görməyincə narahat olursan, yata bilmirsən. Mən getdim, öz gözümlə, ordu nə deməkdi, ordumuzun qüvvəsi nə qədərdi, gördüm. İndi rahat yata bilirəm.
Qismət: – Yeni insanlar, müxtəlif talelər dedin. Ən yadda qalanları kimləriydi?
Qaraqan: – Çoxuydu. Hamısını indi xatırlamıram. Yəqin, nə vaxtsa, hansısa formada üzə çıxacaqlar. Birini deyə bilərəm ki, orda bir oğlan vardı, hər gecə çarpayıdan yıxılırdı. Bu, təxminən bir il çəkdi.
Qismət: – Niyə? Səbəb nəydi ki?
Qaraqan: – Çünki o oğlan 18 yaşınacan çarpayıda yatmamışdı. Kənddə, yerdə salınan yataqda yatmışdı.
Qismət: – Nə demək lazım olduğunu bilmirəm. Yəqin hələ uzun müddət kimsə əlindən nəyisə yerə salanda eşitdiyin səsi, o oğlan hər gecə yıxılanda eşitdiyin səslə qarışdıracaqsan…
Qaraqan: – Yəqin ki, hə. Əsgərlikdən yeni gəldiyim günlər, oyanıb tavandakı çilçırağı görəndə nəyin yuxu, nəyin reallıq olduğunu anlaya bilmirdim.
Qismət: – Çin fəlsəfəsindəki məşhut pritça yadıma düşdü. Yuxuda kəpənək olduğunu görən adam oyananda bilmir ki, yuxuda insan olduğunu görən kəpənəkdi, ya kəpənək olduğunu görən insan…
Qaraqan: – Düz deyirsən, adam həmin pritçadakı anlaşılmaz vəziyyətə düşür. “Avatar” filmindəki şikəst əsgəri xatırla, eyni situasiyadı.
KÖHNƏ BAKI, TƏZƏ MÜKAFAT
Qismət: – İndi kəpənək kimi uça-uça keçək ayrı söhbətin “çəmənliyinə”. Əsgərlikdən qayıdanda qoyub getdiyin Bakını necə gördün? Dəyişib Bakı?
Qaraqan: – Adamların rəftarında elə bil daha çox sərbəstlik gördüm. Daha sərbəst olublar insanlar. Bulvar bir xeyli dəyişib. Əvvəllər ora bulaq başını xatırladırdı. İndi çox modern bir yer olub. Bilmirəm insanlarının cibindəki vəziyyət də dəyişib ya yox, amma şəhər xeyli varlı görünür.
Qismət: – Vizual gözəlləşən, təmir olunan Bakının bu halının sakinlərə də təsiri olub, səncə? Yəni insanların içi necə, “təmir olunub”, ya elə düzələn təkcə Bakının sifətidi?
Qaraqan: – Şərait dəyişdikcə adamlar da istər-istəməz dəyişirlər. Bir yer palçıqdırsa, bu orda yaşayan adamların xasiyyətinə, xarakterinə də sirayət edir. Palçıq ümumiyyətlə olmayan yerdə, nə qədər pinti olsan da, ona bulaşa bilmirsən. Əvvəllər mən Avropaya getmək barədə çox düşünürdüm. İndi görürəm ki, deyəsən Avropa bura gəlir. Bir də ki, mən hələ təzə qayıtmışam, adamların daxilən dəyişməyi barədə tam bir fikir deyə bilmərəm. Sən bilərsən, dəyişimi görmüsən. Necədi adamların vəziyyəti?
Qismət: – Adamlar barədə mən sənin qədər ümidli deyiləm. Deyəsən bizdə hələ uzun müddət binalar adamlardan mədəni olacaq. Gərək “A”nın davamını yazasan, HOST-la damğalanmalı adamlar çoxdur.
Sən hərbi xidmətdə olanda Nigar xanım Köçərlinin təsisçiliyi ilə Milli Kitab Mükafatı yaradıldı. Sənin romanın həmin müsabiqənin qalibi oldu. “A” romanı qalib olanda bəziləri səsli, bəziləri səssiz şəkildə hər satılan kitabın adındakı “A”ları yan-yana düzüb, təəccüb ifadə edən, uzun-uzun “aaaa” elədilər. Necə oldu romanı müsabiqəyə təqdim etdin? Qalib gəldiyini eşidəndə reaksiyan necə oldu?
Qaraqan: – Mənim heç xəbərim yox idi ki, “A” müsabiqəyə təqdim olunub. Romanı müsabiqəyə qardaşım təqdim edib. Bunu sonradan hərbi xidmətdə mənim yanıma gələndə dedi. Açığı, Bakıdan kənarda, xüsusən sərt iqlimi olan Naxçıvanda hərbi xidmətdə olarkən yarışma barədə düşünmək bir az gülüncdür. Ayağının altında ilan, əqrəb, o biri tərəfdə silahlar-filan. Orda hər şeyin miqyası, əhəmiyyəti dəyişir. Bir də, tutaq ki, mənim əsgər yoldaşımın övladı olurdu, ya da birinin yaxını vəfat edirdi, amma o özü bunlardan çox uzaqdaydı, belə vəziyyətdə müsabiqə, mənim qalib olmağım, bunlar xırda məsələlər kimi görünür.
Qismət: – Başa düşdüm. Bu, “A”nın aldığı ilk mükafatdı?
Qaraqan: – Belə deyim də, mənim bəlkə də aldığım ilk və ən böyük mükafat qardaşımın kitabı oxuyanda “yaxşı əsərdi” deməyiydi. Ya da, tutalım, kitabın 52-ci səhifəsi var. Bax “A”nı o səhifəyə qədər kimsə oxuyubsa, bu artıq mənim mükafatımdı.
Qismət: – Yəni ki, kitabların satılmağı, adamların evində sənin kitabının olmağı mükafatdı…
Qaraqan: – Hə. Hansısa uşaq kitabımı partanın altında gizlədirsə, ya da gecə yorğanın altında gizlicə fanarla oxuyursa, bu elə mükafatdı.
Qismət: – Hə, Azərbaycan kimi ədəbiyyata analoqu olmayan münasibətin hökm sürdüyü ölkədə sənin dediklərin doğrudan çox önəmli məqamlardır.
“A”NIN DOĞUM GÜNÜ
Qismət: – Mənə “A”nın yazılma tarixçəsi maraqlıdı. Necə oldu, birdən-birə Elxan qərara gəldi ki, roman yazmalıdı və məhz belə bir mövzuda? Prosesin inkişaf xətti maraqlıdı. Səninlə əvvəllər çox mövzularda danışmışıq, bunu soruşmağı həmişə unutmuşam.
Qaraqan: – Məxsusi bir hal olmadı. Yəni “Qız qalası”nın başına çıxıb qışqırmadım ki, ”Ana vətən, artıq yaşım çatıb, icazə ver, roman yazım…” Sadəcə içimdə adamlarla bölüşmək istədiklərim vardı. Onları yazmağa başladım. Məktub kimi, gündəlik kimi. Mən yazmağa başlayanda nəşriyyat nədir, kitab necə çap olunur, kitab çap etdirmək üçün yaş həddi varmı, bunlar haqqında qəti anlayışım yoxuydu, indi özümə də gülməli gəlir.. Mən bu romanı “roman yazım” deyə yazmadım. Nəsə yazdım və o, roman oldu.
Qismət: – Sən yazan stilistika dünya nəsrində indi dəbdə olsa da, bizim nəsrdə o qədər geniş yayılmayıb. Bu cür sosial yükü olan mövzunu belə bir stilistikada yazmaq bilərəkdən edilmiş aktdı ya sadəcə düşündün ki, Qərb ədəbiyyatında var, niyə bizdə olmasın? Yaxud heç nə düşünmədən yazmısan?
Qaraqan: – Yox, heç nə düşünmədən yazdım. Sevə-sevə yazdım. Mən romanı yazanda Facebook indiki qədər dəbdə deyil. Bəlkə də o vaxt Facebook bu qədər dəbdə olsa, heç mən kitab çap etdirməzdim. Sadəcə Face-də dostlarla paylaşardım. İçimdəki ədaləti demək hissi, dostların söhbəti, mənə gələn sms-lər, içdiyim “Koka-Kola” və başqa bir çox şeyin bu romanın yazılmasına təsiri olub. Həm də ilk və son bu cür yazı kimi düşünüb yazmışam “A”nı.
Qismət: – “A” romanının titul vərəqində belə bir cümlə var: “Məktəblilərin sinifdənxaric oxusu üçün”. Cümlədən sonra isə gülüş işarəsi. Niyə belə?
Qaraqan: – Ona görə ki, həddindən artıq ciddi mövzuları həddindən artıq ciddiliklə yazan peşəkar yazıçıların içində roman yazmağım, hətta buna cəhd eləməyim özümə qəribə gəlirdi. Nə bilim, Savalan dağından, Bazardüzü zirvəsindən yazanların içində düşündüm ki, mən sadə, məktəblilərin oxuya biləcək bir şey yazmalıyam. Bu, roman olar, ümumiyyətlə alınar-alınmaz, bu barədə özümə hansısa sədd qoymadım. Qrammatikadan, fizikadan 2 alan şagirdlər üçün mən əgər çox bəzəkli, boyalı, güclə içinə bənzətmələr yüklənmiş bir əsər yazsaydım, bunu o şagirdlər başa düşməzdi. Həmin cümlədən sonrakı gülüş işarəsində isə bir az özümə, bir az da orta məktəb şagirdinə Füzulinin metafizikasını başa salmağa çalışan müəllimlərə ironiya var.
Qismət: – Romanın ilk cümləsi belədir: “Hər şey mənim səyahətə çıxmağımla başladı”. Sonuncu cümləsi isə budur: “Yeni dünyanı görməyə hazırsan? Gəl gedək…” Portfelini götürüb birinci cümlədən səyahətə çıxan qəhrəman, bu, ya A-dı, ya Anar, ya elə Elxanın özü, fərq etməz, hara getdiyini və onu nələrin gözləyəcəyini bilmir. Amma sonuncu cümlədə qəhrəman artıq ünvanı bilən müdrik kimi danışır. Sonuncu cümləyə çatanda nəyi anladın?
Qaraqan: – Birinci cümlədən sonra hansı cümləni yazacağımı, yazını harda bitirəcəyimi bilmirdim. Buna görə, ola bilsin, roman bir az dağınıqdır. Yazı prosesində başa düşdüm ki, roman heç vaxt bitmir. Yol heç vaxt tükənmir. Qapandığını düşündüyümüz çevrə əslində yenicə cızılmağa başlayan daha böyük bir çevrənin içindədi. Bu proses sonsuza qədər uzanır.
“A”NIN QAN QOHUMLARI: Koroğlu, Robin Qud, Zorro, Əlkimyagər…
Qismət: – Səlim Babullaoğlunun yaxşı bir sözü var. Səlim bəy deyir ki, bizim hamımızı əlifba kitabından oğurluqda ittiham etmək olar. Hamımız hərfləri ordan “oğurlamışıq”. Sənin romanın haqqında, xüsusilə sən “Milli Kitab Mükafatı”nın qalibi olandan sonra mətbuatda müxtəlif yazılar peyda oldu ki, bəs, bu roman plagiatdı. Bu yazıları oxuyanda mənim yadıma, avtomatik olaraq, Səlim bəyin sözü düşdü və fikirləşdim ki, yəqin sən romanın adı olan “A”nı əlifbanın birinci hərfindən, adını Elxanı dəyərli şair dostumuz Elxan Zal Qaraxanlıdan, romanın qəhrəmanlarından olan Ayselin adını isə Aysel Teymurzadədən oğurlamısan.
Qaraqan: – ( gülür) Bu boyda oğruya hələ mükafat da verirlər…
Qismət: – Zarafat bir yana, səni əsasən Çak Palanyakın “Döyüş klubu” romanından plagiatda günahlandırırlar. Niyə Palanyakın “evinə girmisən”?
Qaraqan: – “İsgəndərnamə”də Nizaminin yazdığı utopik cəmiyyət var. Orda bütün adamların evinin qapısı açıqdır. Ədəbiyyat ölkəsində də belədi: bütün qapılar açıqdı. Bütün evlər əslində bir evdir. Bir-birinə bənzəyə bilər. Məndə Palanyakdan təsirlənmə var. Təkcə Palanyakdan deyil, Koelyodan, Verberdən, Den Broundan, Anxel de Kuatyedən. Siyahını uzatmaq olar. Hamının hamıya təsiri var. Plagiat isə başqa anlayışdı. Mənim özümə “A” barədə çox adam deyib ki, filan əsərə oxşayır. “Koroğlu” dastanına oxşadan olub. Koroğlu Çənlibeldə dəliləri başına yığıb cəmiyyət təsir edən qruplaşma yaradır, Nigar xanımı qaçırıb gətirir, Anar “A”da Ayseli qaçırır. Robin Quda oxşadan olub. Robin Qud Şervud meşəsində təxminən Koroğlunun və mənim romanımdakı HOST təşkilatının gördüyü işləri görür. Robin Qudun sevgilisi də, “A” dakı Aysel kimi, bir oliqarxın qalasında olur. Palanyakın “Döyüş klubuna” bənzədənlər olub. “Amerika tarixi X” romanına və filminə bənzədənlər olub. Bu romanda qəhrəman qaralara qarşı mübarizə aparır və sonda başa düşür ki, səhv edibmiş. Yeni çıxan bir film var: “İnto the wild”. Ona da bənzədənlər olub. Filmin qəhrəmanı bir gün portfelini götürüb gedir meşədə yaşamağa. Fikirləri cəmiyyətlə tərs düşür. Sonra, “A” işarəsiylə damğalamaq məsələsini Zorronun cızdığı Z hərfinə bənzədənlər olub. Zorro da ədalətsizliyə qarşı döyüşürdü.
Qismət: – Bu mənada Koelyonun “Əlkimyagər”inə də bənzətmək olar. Orda da Santiyaqo bir gün evdən çıxır ki, xəzinə tapsın. Xəzinə simvolikdi, təbii ki. Sənin qəhrəmanın Anar da əslində evdən ona görə çıxır ki, həqiqəti- xəzinəni tapsın. Görünür, bu oxşarlıqları sonsuzacan uzatmaq olar.
Qaraqan: – Hə, olar. Mən bu oxşarlıqlara sevinirəm. Çünki dünya qloballaşır və qloballaşan dünyada misal çəkdiyimiz əsərlərin əsas ideyası ədalət axtarışıdı. Sevinirəm ki, mən də bu ideyaya xidmət etməyə çalışıram.
Qismət: – Müqayisəli ədəbiyyat kontekstində danışsaq, bütün mətnlər bir-biriylə qohumdur. Bunu obrazlı belə demək olar ki, içində çoxlu otaqları olan böyük bir qəsr var. Bir otaq Argentinadı, orda Borxes oturub, biri Kolumbiyadı, orda Markes əyləşib və sairə. Bütün bu otaqlardan bir-birinə keçid var. Markesin “mətbəxində” duz qurtaranda qapı qonşusundan, qaytarmaq şərtiylə, duz istəməsi normaldı,,.
Qaraqan: – Əlbəttə, normaldı. Bütün dünyadakı dastanların, miflərin, romanların, mətnlərin “qanını” analizə versək, görəcəyik ki, hamısı qohumdur. Bəzən mən elə gəlir ki, hər şey Adəm və Həvva əhvalatının interpretasiyasıdı. Onlar qadağan olunmuşu etdilər: almanı yedilər. Cənnətdən qovulandan sonra acı həqiqəti anladılar. Baxaq “Leyli və Məcnun”a. Məktəb, orta əsrlər, Leyli-Məcnun. Neylədilər? Cəmiyyətə görə qadağan olunanı elədilər, aşiq oldular. Adəm və Həvva da qadağan olunmuş alma burda eşqdir. Nə baş verdi? Onlar eşqi “dərdilər” və Məcnun “cənnətindən”, Leylisinin yanından səhraya “qovuldu”.
Qismət: – Bu məsələ təkcə sənin romanınla bağlı deyil. Dünyada da bir çox romanlar var ki, onları oxuyan ürəyində deyirsən, bağışlayın, siz mənə tanış gəlirsiz… Götürək, adını çox çəkdiyimiz Koelyonu. “Əlkimyagər”in mövzusu Ruminin “Məsnəvi”sində var. Təkcə Rumidən yox, Rumidən əvvəlki müəlliflərin bir çoxunda var. Ən çox bilinəni Rumidir. “Dəfinə axtaran adam” adlı məsnəvisində Rumi bağdadlı bir nəfərdən danışır. Bu adam əvvəllər çox varlı olub, sonra isə bütün var-dövlətini eyş-işrətə xərcləyib. Tanrıya yalvarıb günahlarının bağışlanmasını diləyən bu adam bir gecə yuxuda görür ki, Misirdə xəzinə var və gedib onu tapmalıdı. Sonrası isə məlumdur…
Qaraqan: – Müasir romançıların çoxunda bu var. Çoxvariantlılıqdır bu. Türkiyə mətbuatında yazıldı ki, Orxan Pamuk “Bəyaz qala” romanının mövzusunu, indi adını xatırlamadığım bir müəllifin venesiyalı bir əsgərin xatirələrini qələmə aldığı kitabdan oğurlayıb. Sonra yenə Orxan Pamukun ilk romanı “Cevdet bəy və oğulları”nın Tomas Mannın “Brandenbruklar ailəsi” romanıyla aşkar mövzu struktur və oxşarlığında olduğu və başqa bu kimi fikirlər gündəmə gəldi.
Qismət: – Dediyin kimi, söhbət çoxvariantlılıqdan gedir. Qloballaşan dünya böyük bir kitabxanadı, informasiya fəzasıdı. İnternet sonsuz informasiya mənbəyidir. Hamı burdan bəhrələnir. Filmlərlə bağlı belə söz-söhbətlər olur. Ceyms Kameronun “Avatar” filmiylə bağlı əhvalatı bilirik. Hətta videooyunlardan da təsirlənən yazıçılar olur.
Qaraqan: – Qloballaşmanı dəqiq dedin. Qloballaşan dünyada ideyalar qovuşmağa, bərabərləşməyə başlayır. Qədimlərdə dünyanın bir yerində Roma imperiyası idi, o biri yanda, tutaq ki, Çin. Bir tərəfdə qadınlara münasibət ayrıydı, o biri tərəfdə ayrı. Məsələn, Çində qadınların barmağını kəsirdilər ki, gözəl görünsün. İndisə dünyada əsas ideya budur ki, qadın təhsil almalıdı, qadınla kişi bərabərdi. Düzdür, hələ bu ideya bütünlüklə reallaşmayıb, amma dünyada böyük çoxluq belə düşünür. Mənim fikrimcə, əslində əsas yazılmalı olanlar daha dərinlərdə, qədimlərdədi. Onlara qayıtmaq, onları yazmaq lazımdı. İmkan olsa, “Məlikməmməd” nağılı üzərində lazımi səviyyədə işləyər, bəlkə altından Qaraqan imzası da qoyub çap etdirərdim. Çünki orda daha çox gərəkli həqiqət var, nəinki mənim, ya da başqa kiminsə, məsələn, “metro ilə avtobusun sevgisi”ndən yazacağı bir romanda.
ROMANÇILIQ VƏ REPERLİK
Qismət: – Sənin yaralı yerin olan bir mövzuya toxunmaq istəyirəm. Əslində elə mənim də yaralı yerimdi. Azərbaycanda bizdən başqa heç yerdə olmayan unikal bir tendensiya var. Deyirlər ki, reperə mükafat verdilər. Elə düşünənlər var ki, guya sənə mükafatı romanına görə yox, rep albomlarına görə veriblər.
Qaraqan: – Bunların hər ikisi məndə alınırsa, burda pis nə var axı?! Belə hallar çox normaldı. Den Brounun iki rok albomu var, netdən yükləyə bilərsiz, amma roman da yazır. Koelyonun DJ-lik fəaliyyəti var.
Qismət: – Stiven Kinq yazıçı dostlarıyla rok qrupu yaradıb…
Qaraqan: – Bunu bilmirdim. Görürsən, burda nə var ki… Sonra lap qədimlərə qayıtsaq, Da Vinçi həm rəssamıydı, həm ixtiraçı, həm yazıçı. Bizim məmləkətdə çox zaman kimisə aşağılamaq üçün “çobandı” deyirlər. Halbuki peyğəmbərlərin böyük əksəriyyəti elə çoban olublar. Allah peyğəmbərliyi çobanlara verməklə, görünür, bunu deyir ki, sizin yuxarı və ya aşağı saydıqlarınıza mənim münasibətim tamam ayrıdı, onlar mənim məqamımda bərabərdi.
Qismət: – Qəribədir ki, bizdə, məsələn, həm rəsm çəkib, həm roman yazsan, pis qarşılanmaz, amma həm roman yazıb, həm reper olanda yaxşı qarşılanmır. Görünür, insanlarımız hələ repi sindirə bilmirlər.
Qaraqan: – Vallah, mən hamını sevgiylə qucaqlayıram, öpürəm. Deyirəm, hamınız sağ olun, neçə-neçə rep konsertlərində görüşənədək (gülür). Ancaq bağışlayın ki, həm rep oxuyur, həm də roman yazıram, üstəlik, mənə mükafat da verirlər…
Sevgi Adasi!!!!
Adanın sahibləri, adalarının ürəyə bənzədiyini bilmirdilər, ta ki Google Earth kəşf edənə qədər.
DailyMail qəzetinin xəbərinə görə:
Xorvatiya yaxınlarında tapılan Galesnajk Adasının şəkli tibb ürəyə bənzəyir.
Adanın sahibi Vlado Juresko, “Bu ada bizə böyüklərimizdən qalmışdı. Amma Google Earthda şəklini görüncə gözlərimə inana bilmədim. Artıq adanın adı Aşiqlər Adası oldu. Bu adanın dünya üstündə ürəyə ən çox bənzəyən yer olduğunu düşünürəm. Adada kimsə yaşamır lakin sanaram bundan sonra aşiqlərin məkanı olacaq” deyə danışdı. Adriatik Dənizində iştirak edən ada, təxminən 108 min kvadrat metr




